Daxil olQeydiyyat
Platforma kimlər üçündür?

Platforma təhsilindən asıl olmayaraq hər bir kəs üçün təcrübə imkanları təqdim edir.

Platforma nəyə xidmət edir?

Platforma iş təcrübəsi olmayanlar ilə təcrübəçi axtaran şirkətləri birləşdirir və əlaqələndirir.

Təcrübə proqramlarından necə xəbərdar ola bilərəm?

Mütəmadi olaraq platformada təcrübə proqramları elan olunur. Facebook səhifəmizdə isə uyğun elan yerləşdirilir. Səhifəyə abunə olaraq proqramlardan xəbərdar ola bilərsiniz. Həmçinin əgər ixtisasınıza uyğun proqram elan olunubsa, elektron ünvanınıza göndəriləcək.

Təcrübə proqramını gec gördüm. Müraciət edə bilərəmmi?

Təcrübə proqramında "Müraciət et" düyməsi aktiv olduğu müddətdə müraciət edə bilərsiniz. Əks təqdirdə növbəti proqramları gözləməli və vaxtında müraciət etməlisiniz.

Təcrübə proqramına müraciət etmişəm. Qəbul olunduğumu necə bilim?

Təcrübə proqramlarına müraciətlər yığılır və şirkətə təqdim olunur və seçim onlar tərəfindən aparılır. Müsabiqə mərhələsinə çağırılmaq və qəbul olunmaq qərarları şirkət tərəfindən verilir.

Saytda məlumatlarımı necə yeniləyə bilərəm?

Kabinetinizə daxil olub profil hissəyə keçib istənilən məlumatı yeniləyə bilərsiniz. Məlumatlarınız tam və dolğun olması sizin seçilmənizdə böyük rol oynayır.

Şifrəni xatırla

Geri qayıt

Əlaqə